İnsanlara hürriyət, millətlərə istiqlal!

Əndamı ilə milyonçu olan qadın – Kim Qardaşyan metis olsa da, milli məsələdə 100 faiz ermənidir

Bəri başdan deyək ki, 100 ildən çoxdur bizimlə düşmənçilik aparan xalqın qızı olsa da və özü də xalqımıza düşmən kəsilsə də, Kim Qardaşyan porno-ulduz deyil. Bizdə onu mediada xalqa bu cür təqdim etmək çox populyardır, amma o, peşəkar aktrisa olaraq pornofilmlərdə çəkilmyib.

Sadəcə, 2006-cı ildə o, o vaxtkı sevgilisi, R&B müğənnisi Rey Ceylə öz evlərində kamera qarşısında, necə deyərlər, nadinclik ediblər və bu intim görüntülər uzun müddət İnternet resurslarında dolaşıb. Əvvəlcə Kim videonun həqiqiliyini inkar edib, sonra boynuna alıb, hələ də o videoya görə utandığını etiraf edir. Ona dərs olub, daha dəcəlliklərini videoya çəkib-yaymır.

kJX7cj.jpg (74 KB)

Kim Qardaşyan müğənnidir, dizaynerdir, modelyerdir, sahibkardır və televiziya aparıcısıdır, reality-şou aparır.

Əsl adı Kimberli Noel Qardaşyan olan, 42 yaşlı bu qadın 20 yaşından bəri bir neçə dəfə ərə gedib-boşanıb. Əvvəlcə O, Deymon Tomasla ailə qurub (2000-2004), sonra Kris Hamfreyslə yaşayıb (2011-2013), daha sonra Kanye Uestə ərə gedib (2014-2021). Rəsmi ərlərindən başqa, onun vətəndaşı nikahı ilə əlaqədə olduğu, necə deyərlər, boy-frendləri olub. Hazırda rəsmi olaraq subaydır.


21 oktyabr 1980-ci ildə Los-Ancelesdə anadan olan Kim Qardaşyan təmiz erməni deyil, metisdir. Onun hüquqşünas atası Robert Qardaşyan ermənidir. Kimin anası Kris Cenner isə şotland və holland qarışığı olan və Robertə ərə gəlməzdən əvvəl (eləcə də sonra) kübar cəmiyyətdə eşq macəraları ilə ad çıxaran bir qadındır. Kim öz milli mənsubiyyəti haqqında deyir ki, o, 50 fazi erməni, 25 faiz şotland, 25 faiz hollanddır.

_109147046_5b5b4d7d-6311-431f-a0d3-45f9f9627b22.jpg (48 KB)

Ancaq onun xarici görünüşünə baxanda 100 faiz latınos (mulat), ictimai fəaliyyətinə nəzər salanda isə 100 faiz erməni olduğunu düşünmək olar.

Kimin anası 1989-cu ildə erməni ərindən boşanmaq üçün məhkəməyə müraciət edib, 1991-ci ildə keçmiş məşhur yüngül atlet Brüs Cennerlə evlənib. İndi Kimin Kortni və Xloye adlı iki bacısı və Rob adlı bir qardaşı, Barton Cenner, Brandon Cenner, Brodi Cenner, Keysi Cenner, Kendal və Kayli Cenner adlı ogey qardaş-bacıları var. Necə deyərlər, böyük külfətdirlər.

Kim Qardaşyan Beverli Hillsdə böyüyüb, şöhrət üçün ilk addımlarını 2007-ci ilin oktyabrında atıb, bütün ailə E! kanalında "Keeping Up with the Kardashians" (“Qardaşyan ailəsi”) realiti-şousunda rol alıb. Bu günə qədər şounun iyirmi mövsümü və səkkiz “spin-off”u buraxılıb. 2010-cu ildə Kim altı milyon dollar qazanaraq ən yüksək ödənişli realiti-şou ulduzu olub.

Snimok-ekrana-2019-09-28-v-19.30-pic4_zoom-1500x1500-22762.jpg (119 KB)

O, ilk diqqətçəkən rolunu “Beyond the Break” serialında oynayıb. Daha sonra o, 2008-ci ildə parodiya filmi “Qeyri-real blokbaster”də Lisa roluna çəkilib və 2009-cu ildə “Ən pis ikinci plan aktrisası” nominasiyasında “Qızıl moruq” mükafatı alıb. Yəni Kimberlinin aktrisalığı o qədər də yüksək qiymətləndirilmir.

Kim Qardaşyan 2007-ci ildə məşhur “Playboy” jurnalının dekabr buraxılışı üçün çılpaq pozalar verərək şöhrət yolunda daha ciddi addımlar atıb. 2008-ci ilin fevralında “Bongo Jeans” onu reklam siması kimi elan edib. O, həmçinin tanınmış geyim modelləri üçün modellik edib və “Sketchers”, “Kotex” və “Quick Trim” kimi şirkətlərin reklamlarında çəkilib.

O, bacıları Kortni və Xloye ilə birlikdə qadınlar üçün libaslar, çantalar, zinət əşyaları, papaqlar, ayaqqabılar və digər dəb aksesuarları satan butiklər şəbəkəsinin sahibi olub.

kimibacilar.jpg (196 KB)

2009-cu ilin payızında Kim bacıları ilə birlikdə “Bebe” moda brendi üçün modelyer olacaqlarını açıqlayıb, həmçinin “Virgin Saints” brendi üçün etnik zərgərlik kolleksiyası hazırlayıb.

2010-cu ildə o, “Kim Kardashian” adlı yeni ətir markası buraxıb.

Bir sözlə, bu bacılar elit qadınların gündəlik həyatda işlədə biləcəkləri hər cür əşya, geyim və kosmetik məmulatlar hazırlayaraq satışa çıxarmaqla milyonlar qazanıb, əsl sahibkara çevriliblər.

2010-cu ilin iyul ayında Nyu-Yorkdakı “Madam Tüsso” muzeyində Kim Kardaşyanın mum fiquru hazırlanıb. Bu muzeydə yalnız dünyaca məşhur şəxslərin mum heykəli yer alır.

Bu gün bu bacılar amerikalıların sevimliləridir. Onların uğur hekayəsi haqqında məqalələr, kitablar yazılır, verilişlər, telefilmlər çəkilir, atdıqları hər addım media tərəfindən izlənilir, istehsal etdikləri məmilatlar bir günün içində bestseller olur.

AP_19164785566549-pic905-895x505-97136.jpg (64 KB)

Kim Qardaşyan 2018-ci ilin mayında ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gedib. Bu görüş Trampın iş qrafikində rəsmi olaraq açıqlanmayıb. İclasda həbsxana islahatı məsələləri müzakirə olunub. Qardaşyanın səfərinin əsas səbəbi narkotik alveri ilə bağlı cinayətdə ilk dəfə 20 ildən çox həbsdə yatmış, ömürlük həbs cəzasına məhkum edilmiş 63 yaşlı Alis Meri Consonun əfv edilməsi məsələsi olub.

Qardaşyan yarıerməni olsa da, atasının mənsub olduğu etnik qrupa hərtərəfli dəstək verməsi ilə də tanınır. 8 aprel 2015-ci ildə Kim Qardaşyan uydurma “Erməni soyqırımı”nın 100 illiyinə diqqət çəkmək üçün İrəvana gəlib.

Amerikalı realiti-şou ulduzu İrəvanda ABŞ prezidentinin müşavirləri ilə erməni soyqırımının tanınması ilə bağlı söhbətlərindən, eləcə də Ermənistanda alt paltarı istehsalına başlamaq planlarından danışıb.

qoduqlar.JPG (73 KB)

Kimlə birlikdə bacısı Kortni və övladları da Ermənistanda olub. Bu, Qardaşyan bacılarının atalarının tarixi vətəninə ikinci səfəri olub.

Həmin vaxt Qardaşyanın fotoları Ermənistanın paytaxtı İrəvanda jurnalların və reklam lövhələrinin ön səhifələrini, avtomobil yuma divarlarını və dayanacaqları bəzəyib.

Kim dünya şöhrətli erməni olduğu üçün, belə məsələlərdə olduqca həssas olan ermənilər onunla kütləvi şəkildə fəxr edirlər.

Bununla belə, ermənilər daha çox fəxr etdikləri erməni əsilli fransız müğənni Şarl Aznavurla Kim Qardaşyanı müqayisə edərkən üstünlüyü Aznavura verirlər. Ona görə ki, Fransada şöhrətlənmiş müğənni həm “təmiz erməni”dir və erməniliyini uzun ömrü boyunca qoruyub saxlayıb, həm də şüurlu həyatını tamamilə “erməni məsələsi”nə həsr edib. Kim Qardaşyan isə tam olaraq ermənilərlə nəfəs almaqdansa öz reality-şouları ilə amerikalıları əyləndirir, özü və bacılar üçün milyonlar qazanır.

genos.JPG (37 KB)

Ermənilərin Kimin “aşkar seks həyatı və qalmaqallı videoları”na münasibəti də mənfi plandadır. Onlar bu qadından öz nəflərinə bəhrələnmək istəsələr də, seksual əndamı ilə tanınan modelin bütün erməniləri təmsil etməsini, erməni qadınların simvolu olmasını istəmirlər.

Bu günlərdə Qardaşyanın erməni damarı yenidən yoğunlayıb və o, rəsmi İnstaqram səhifəsinin “hekayə” bölməsində Laçın dəhlizinin blokadaya alınması və Ermənistanın bayrağı ilə bağlı video yayıb.

Videoda Qarabağın dağlıq hissəsində yaşayan erməni uşaqlar “blokada”ya son qoyulmasına dair çağırış edirlər.

Kim Qardaşyan bu paylaşımı ilə dünya ictimaiyyətinin diqqətini Qarabağa cəlb etmək, Azərbaycanı haqsız göstərmək, atasının millətinə üstünlük qazandırmaq istəyir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR