İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməliyyatdan sonra onu Maykl Ceksona bənzətdilər - FOTO

Rusiyanın Xalq artisti Filipp Kirkorov son günlər xarici görünüşündə etdiyi dəyişikliklərlə yenidən gündəmə gəlib.

Müğənninin paylaşdığı yeni fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xüsusilə onun burnunun formasındakı dəyişiklik izləyicilərin diqqətindən yayınmayıb. Bir çox istifadəçi Kirkorovun yenidən plastik əməliyyat etdirdiyini iddia edib.

Sosial şəbəkə istifadəçiləri müğənninin burnunu mərhum pop ulduzu Maykl Ceksonun burnu ilə müqayisə edərək, onun Ceksona bənzədiyini yazıblar.

Filipp Kirkorov daha əvvəl plastik əməliyyat etdirdiyini etiraf etsə də, jurnalistlərin bu mövzu ilə bağlı suallarını cavabsız qoyub. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR