İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlibala Əsgərov VƏFAT ETDİ

Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” təşkilatının təsisçilərindən biri, ictimai xadim Əlibala Əsgərov vəfat edib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, avqustun 9-u axşam saatlarında dünyasını dəyişib.

70 yaşlı Ə.Əsgərovun uzunsürən xəstəlikdən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Əlibala Əsgərov uzun müddət Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları, sosial problemləri, ana dili və təhsil məsələləri, eləcə də icmanın ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində fəaliyyəti ilə tanınıb. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR