İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əl-Nəsr”i çempion etdi, özü isə GEDİR

"Əl-Nəsr"in baş məşqçisi Jorje Jezuş 2025/2026-cı illər mövsümündə Səudiyyə Ərəbistanı Pro Liqasında qalib gəldikdən sonra komandadan ayrılacağını açıqlayıb.

Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, portuqaliyalı məşqçi komandanı 2025-ci ilin avqustunda təhvil alıb.

"Mən bu çağırışı ("Əl-Nəsr"i məşqçilik etmək üçün) yalnız Kristianuya "Sənin çempion olmağına kömək edəcəyəm, titul qazanacağıq və sonra gedəcəyəm" dediyimə görə qəbul etdim. Vəssalam. Mənim üçün hər şey bitdi. Bu, "Əl-Nəsr"in məşqçisi kimi son oyunumdur", - deyə Jezuş bildirib.

Səudiyyə Ərəbistanı çempionatının 34 turundan sonra "Əl-Nəsr"in 86 xalı var və turnir cədvəlini birinci yerdə başa vurub. "Əl-Hilal" isə 84 xalla ikinci yerdədir.

Qeyd etmək lazımdır ki, hücumçu və komandanın kapitanı Kriştianu Ronaldu ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR