İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert: İran işğala hazırlaşmır

Musavat.com xəbər verir ki, İran tanklarının ölkənin qərb sərhədlərinə doğru hərəkət etdirilməsi ilə bağlı yayılan məlumatlar fonunda regionda gərginliyin artması ilə bağlı müzakirələr güclənib.

Hərbi texnikanın yerdəyişməsi özlüyündə böyükmiqyaslı hərbi əməliyyata hazırlıq demək deyil. Bu fikri siyasi analitik Mixail Borodkin Minval Politika-ya açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, Tehranın hazırkı addımları daha çox ABŞ-ın ərəb müttəfiqlərinə qarşı təzyiq elementi kimi qiymətləndirilməlidir, nəinki hər hansı işğal planının başlanğıcı kimi.

Borodkin qeyd edib ki, İranın hərbi fəallığı region ölkələrinə mesaj vermək, danışıqlarda mövqeyini gücləndirmək və Vaşinqtonun müttəfiqlərinə mümkün nəticələri xatırlatmaq məqsədi daşıya bilər.

Analitikin fikrincə, mövcud vəziyyət gərginliyin artdığını göstərsə də, bu, hələ İranın genişmiqyaslı hücuma hazırlaşdığı anlamına gəlmir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2026

22 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR