İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqan Sadıqov həbs edildi

Hədə-qorxu ilə tələb etmədə ittiham olunan Əfqan Sadıqov həbs edilib.

Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib.

Vəkilin sözlərinə görə, Əfqan Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə 2000 lari məbləğində cərimə edilməsi, Gürcüstandan deportasiya olunması və 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib. Əfqan Sadıqov aprelin 5-də Gürcüstandan Azərbaycana deport edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR