Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva Qarabağa yollanıb.
Musavat.com xəbər verir ki, Aynişan səfər zamanı atası, Vətən müharibəsində şəhid olan Xalid Quliyevin döyüşdüyü və şəhid olduğu əraziləri ziyarət edib. O, həmin anları lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Paylaşdığı görüntülərdə Qarabağın müxtəlif ərazilərindən görüntülərə yer verən Aynişan atasının keçdiyi döyüş yoluna ilk dəfə deyil, xüsusi duyğularla qayıtdığını nümayiş etdirib.
Aynişan paylaşımında atasının qəhrəmanlığından da söz açıb. O, Xalid Quliyevin xüsusi təyinatlı tank sürücüsü olduğunu və müharibəyə könüllü şəkildə yollandığını bildirib.
“bu videonu çəkə bilmək üçün 34 il gözləmişəm. Bu gün atamın şəhid olduğu torpaqlardayam. O, xüsusi təyinatlı tank sürücüsü idi və müharibəyə könüllü yollanmışdı. Döyüşlərin birində üç əsgər yoldaşını mühasirədən xilas edib. Geri qayıdarkən idarə etdiyi tank minaya düşüb və atam şəhidlik zirvəsinə ucalıb”, – deyə Aynişan yazıb.
Könül
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ