İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya neft bazarında DƏHŞƏTLİ ŞOK: "Brent" nefti 108 dollara sıçradı

İraq dronlarının "Saudi Aramco" şirkətinin strateji stansiyasına zərbə endirməsindən sonra "Brent" markalı neftin qiyməti birdən-birə 108 dollara yüksəlib.

Musavat.com xəbər verir ki, Yaxın Şərq ölkələrinin İranla Hörmüz boğazında gəmiçiliyin bərpasına dair danışıqları təxirə salması vəziyyəti daha da ağırlaşdırıb.  Peyk müşahidələri infrastrukturun ciddi zədələndiyini və Fars körfəzindən Qırmızı dənizə neft nəqlinin tam dayandığını təsdiqləyir.

Əgər Səudiyyə Ərəbistanı bir həftə ərzində kəmərin fəaliyyətini bərpa edə bilməsə, ölkənin ixrac ehtiyatları tükənəcək və dünya bazarı ümumi tədarükün 4%-ni itirəcək.

"Aramco" tərəfindən təmir müddəti və növbəti göndərişlər barədə hələlik rəsmi açıqlama verilməyib.  

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR