Onlayn ictimai-siyasi qəzet
Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Bakıda keçirilən Azərbaycan din xadimlərinin Forumunda iştirak edir.
Musavat.com xəbər verir ki, Arpaquş Forumda açılış nitqi ilə çıxış edib.
O, Azərbaycanda dini tolerantlığın dünyaya nümunə olduğunu bildirib. Azərbaycanın müsəlman ölkəsi olaraq İslamın təməl prinsiplərindən olan sülh və barışın carçısı olduğunu deyib. Türk dünyasında insanların İslamın verdiyi barış və hüzur içində yaşadığını vurğulayıb. İslam dünyasında müsəlmanların passiv duruma düşdüyündən təəssüfləndiyini söyləyən Safi Arpaquş dünyamızın hər keçən gün daha xaotik duruma gəlməkdə olduğunu qeyd edib.
Etibar Seyidağa,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ