İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət hər vətəndaşa gəlirdən pay verəcək

Monqolustanın ən iri dövlət kömür şirkəti olan Erdenes Tavan Tolgoi (ETT) ölkə vətəndaşlarına dividendlər ödəyəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, şirkət rəhbərliyinin qərarına əsasən, hər bir Monqolustan vətəndaşına təxminən 18 ABŞ dolları məbləğində ödəniş ediləcək.

Direktorlar şurasının nümayəndələri bildiriblər ki, ölkənin bütün vətəndaşları ETT-nin birbaşa səhmdarları və pay sahibləridir. Bu səbəbdən şirkətin mənfəətindən əldə olunan gəlir dividendlər formasında əhaliyə paylanır.

Qeyd edək ki, ETT 2008-ci ildə Monqolustan hökuməti tərəfindən yaradılıb və hazırda ölkənin ən böyük kömür ixracatçısı hesab olunur. 2012-ci ilin yazında isə şirkətin səhmlərinin bir hissəsi artıq 2,5 milyon vətəndaş arasında bölüşdürülmüşdü. Bu addım təbii sərvətlərin milli pay prinsipi əsasında bölüşdürülməsi kimi qiymətləndirilmişdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR