İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamenti Səudiyyəyə 48 ədəd F-35 satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd F-35 Lightning II beşinci nəsil qırıcı təyyarəsi və digər hərbi texnikanın satışı ilə bağlı potensial müqaviləni təsdiqlədiyini açıqlayıb.

Musavat.com qurumun İnternet saytında yerləşdirilən açıqlamaya istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 24,3 milyard dollar təşkil edir. Ona qırıcı təyyarələrlə yanaşı, 49 ədəd Pratt & Whitney F135-PW-100 mühərrikinin, eləcə də rabitə avadanlıqlarının, ehtiyat hissələrinin və digər əlaqəli avadanlıqların tədarükü də daxildir: "Bu təklif olunan əməliyyat, Fars körfəzi bölgəsində siyasi sabitliyin və iqtisadi tərəqqinin təmin edilməsində mühüm rol oynayan əsas NATO olmayan müttəfiqin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərini irəli aparacaq".

Nazirlik həmçinin əlavə edib ki, qırıcı təyyarələrin satışı "bölgədə hərbi tarazlığı pozmayacaq".
Xatırladaq ki, 2025-ci ilin noyabr ayında ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını NATO xaricində əsas ABŞ müttəfiqi elan edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR