İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd kişi həmkarına təcavüz edən qadın əsgər həbs edildi

Böyük Britaniyanın Kral Dəniz Qüvvələrində xidmət edən 25 yaşlı hərbçi Sian Dousett həm qadın, həm də kişi həmkarlarına qarşı törətdiyi cinsi təcavüz və təhqiramiz hərəkətlərə görə həbs cəzasına məhkum edilib.

Musavat.com xəbər verir ki, o, eyni zamanda Silahlı Qüvvələrin sıralarından xaric olunub.

Bulford Hərbi Məhkəməsində baxılan iş üzrə "Dousettin HMS Dauntless" esminesində xidmət etdiyi dövrdə dörd həmkarına qarşı davamlı cinsi xarakterli hərəkətlər etdiyi müəyyən edilib. Məhkəmə onun xüsusilə xidmətə yeni başlayan hərbçiləri hədəf aldığını bildirib.

İttihama görə, Dousett dəfələrlə kişi hərbçilərə qarşı nalayiq fiziki təmaslar edib, qadın həmkarlarına isə cinsi xarakterli toxunuşlar və təhqiramiz ifadələr işlədib. 

Zərərçəkənlər ifadələrində Dousettin davranışları səbəbindən uzun müddət qorxu və psixoloji gərginlik yaşadıqlarını bildiriblər. Qadın zərərçəkənlərdən biri onunla eyni kazarmada qaldığı üçün şikayət etməyə cəsarət etmədiyini, kişi zərərçəkənlərdən biri isə hadisələrdən sonra özünü utanc içində və günahkar hiss etdiyini deyib.

Məhkəmə Dousetti cinsi təcavüzlə bağlı altı epizod üzrə təqsirli bilərək ona həbs cəzası verib və Kral Dəniz Qüvvələrindən xaric olunmasına qərar çıxarıb.

İş materiallarında qeyd olunub ki, Dousettə bu yaxınlarda autizm diaqnozu qoyulub. Lakin hakim bu amilin törədilən əməllərə bəraət qazandırmadığını vurğulayıb.

Qeyd edək ki, Sian Dousett 2019-cu ildə Kral Dəniz Qüvvələrinə qoşulmuş və hadisələrin baş verdiyi dövrdə "HMS Dauntless" hərbi gəmisində aşpaz kimi xidmət edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR