Onlayn ictimai-siyasi qəzet
Dmitri Medvedevin oğlu İlya Medvedev Vahid Rusiya partiyasında yeni posta təyin olunub. Məlumata görə, o, partiyanın innovasiya və texnoloji inkişaf üzrə şurasında katib vəzifəsini tutacaq.
Musavat.com xəbər verir ki, RBC-nin mənbəsi İlya Medvedevin şuranın işini əlaqələndirəcəyini və “məzmun və ideya gündəliyini” kurasiya edəcəyini bildirib.
Verilən informasiyaya əsasən, İlya Medvedevin 30 yaşı var. O, 2022-ci ildə Vahid Rusiyaya qoşulub və həmin vaxtdan partiya layihələrində iştirak edib.
Qeyd olunur ki, 2023-cü ildə o, “Ya v Rossii” portalının koordinatorlarından biri olub. Bu portalın məqsədi isə Ukraynanın işğal altında olan bölgələrində yaşayanlara dövlət xidmətlərinin göstərilməsinə “dəstək” kimi təqdim edilib.
Eyni məlumatda bildirilir ki, Dmitri Medvedev TASS və Reuters-ə müsahibəsində Rusiyanın hərbi qələbəsinin artıq “göründüyünü” iddia edib, Volodimir Zelenski barədə isə sərt ifadələr işlədib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ