İnsanlara hürriyət, millətlərə istiqlal!

Dişləri bərpa edən inqilabi YENİLİK

Musavat.com xəbər verir ki, Cənubi Koreyanın tədqiqatçıları diş minasını və zədələnmiş toxumaları bərpa etməyi hədəfləyən yeni texnologiya – mikroiynəli müalicəvi plastır hazırlayıblar.

Plastik örtük vasitəsilə damağa yerləşdirilən mikroiynələr Tideglusib adlı preparatı birbaşa toxumalara ötürür və dişin kök hüceyrələrini aktivləşdirərək yenidən qurulmanı stimullaşdırır.

Mütəxəssislərin sözlərinə görə, plastır gündə təxminən 20 dəqiqə damaqda saxlanılır. Aparılan heyvan sınaqlarında zədələnmiş diş toxumalarının cərrahi müdaxilə olmadan regenerasiya etdiyi müşahidə olunub.

Alimlər bildirirlər ki, bu müalicənin insanlar üçün istifadəsi 2026-cı ildən sonra mümkün olacaq. İlkin hesablamalara görə, bir dişin bərpasının təxmini qiyməti 300 dollar təşkil edəcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR