Onlayn ictimai-siyasi qəzet
172 nömrəli müntəzəm marşrutun hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.
Musavat.com xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, dəyişiklik paytaxtın Bilgəh qəsəbəsində, Respublika küçəsində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
Bildirilib ki, ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyət səbəbindən 14-16 iyul tarixlərində 172 nömrəli marşrutun hərəkəti alternativ istiqamət üzrə təşkil olunacaq.
Belə ki, avtobuslar Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) - Bilgəh-Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti ilə hərəkət edəcək.
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ