Onlayn ictimai-siyasi qəzet
Sabah İstanbul derbisi baş tutacaq.
"Qalatasaray" əzəli rəqibi "Fənərbağça"nı qəbul edəcək.
Bu qarşılaşma çempionluğun taleyini böyük ölçüdə həll edəcək. Klubların rəhbərliyi də bu oyuna ciddi hazırlaşır.
"Qalatasaray" qələbə qazanarsa, futbolçular 2 milyon avro mükafat əldə edəcək. "Fənərbağça"da isə bu rəqəm 3 milyondur.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" derbisi aprelin 26-da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. (Offsideplus.az)
21 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ