İnsanlara hürriyət, millətlərə istiqlal!

64 ildən sonra İLK DƏFƏ - Tramp Si Cinpini Endryus bazasında BELƏ QARŞILADI - VİDEO

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpini Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında, təyyarənin pilləkənində qarşılayıb.

Musavat.com xəbər verir ki, Çin lideri sentyabrın 23-də ABŞ-yə səfərə gəlib.

Çin liderinin təyyarəsi yerli vaxtla saat 17:39-da eniş edib. Pilləkənin qarşısına qırmızı xalça salınıb və onun ətrafında təntənəli geyimdə olan amerikalı hərbçilər düzülüb.

Tramp və Si Cinpin əl sıxaraq bir neçə dəqiqə söhbət ediblər.

Hərbi orkestr Çin və ABŞ-nin dövlət himnlərini ifa edib. Artilleriya atəşləri ilə salyut verilib. Aviabazada "B-1" bombardmançıları da daxil olmaqla, ABŞ hərbi təyyarələri nümayiş uçuşu həyata keçirib. ABŞ lideri və birinci xanım Melaniya Tramp Si Cinpin və onun həyat yoldaşı Pen Liyuanı avtomobilə qədər müşayiət etdikdən sonra aviabazanı helikopterlə tərk ediblər.

Ağ Evin mətbuat xidmətinin verdiyi məlumata görə, uçuş zolağında həmçinin altı "F-16" və altı "F-22" qırıcı təyyarəsi yer alıb.

Çin Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Si Cinpinin ABŞ-yə dövlət səfəri sentyabrın 23-dən 25-dək davam edəcək. Tramp isə Çinə səfərini mayın 13-dən 15-dək reallaşdırıb.

"Financial Times" qeyd edir ki, bu qarşılanma mərasimi Çin liderinə olan dərin ehtiramın göstəricisidir.

Nəşrin yazdığına görə, ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanı sonuncu dəfə 1962-ci ildə xarici ölkə liderini bu bazada qarşılamışdı - həmin vaxt Con Kennedi Böyük Britaniyanın baş naziri Harold Makmillanı uçuş zolağında salamlamışdı. 2025-ci ilin avqustunda isə Tramp Alyaskada iki ölkə liderinin sammiti zamanı Rusiya prezidenti Vladimir Putini Ankoricdəki uçuş zolağında qarşılamışdı.

@@TVmusavat/155945@@

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR