Onlayn ictimai-siyasi qəzet
Kamboca, Laos, Tayland və Myanmada onlayn fırıldaqçılıq mərkəzlərinin yüz minlərlə keçmiş işçisi küçələrdə yatır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, əlverişsiz vəziyyətə düşmüş insanlara kömək edən təşkilatlar həyəcan təbili çalır. Əvvəllər "fırıldaqçılıq korporasiyaları"nda çalışmış insanlar Cənub-Şərqi Asiyada pulsuz və pasportsuz yaşayırlar. Onlar onlayn fırıldaqçılıqla məşğul olmaq üçün ofislərə cəlb ediliblər, ancaq Çinin təzyiqi altında iş yerləri bağlandığı üçün işsiz və səfil durumda qalıblar.
Banqkok rəsmiləri hesab edir ki, Kamboca vətəndaşlarının, xüsusən də qapalı fırıldaqçılıq mərkəzlərində çalışanların Taylanda qanunsuz miqrasiyası artıb. Buna son qoymaq üçün Kamboca sərhədində divar tikmək təklif olunur. Bu, təxminən 50 kilometr uzunluğunda hasar deməkdir və qanunsuz immiqrantların ən çox sızdığı rayonlarda tikilməsi düşünülür.
Kamboca-Tayland sərhədinin uzunluğu isə 817 kilometrdir. 50 kilometrlik hissə hasarla qapadılsa, qanunsuz miqrantlar yerdə qalan 750 kilometrlik hissədən sərhədi keçə bilərlər deyə, Taylandın Nazirlər Kabineti hələlik bu təşəbbüsü rədd edib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ