Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə dünya çempionatında B qrupunun III turunda Bosniya və Herseqovina və Qətər yığmaları üz-üzə gəlib.
Musavat.com xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovina millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 29-cu dəqiqədə Kerim Alaybegoviç açıb. 34-cü dəqiqədə Edin Ceko fərqi iki topa çatdırıb.
Qətər 42-ci dəqiqədə Həsən Əl-Haydosun qolu ilə hesab arasındakı fərqi azaltsa da, 81-ci dəqiqədə Esmir Mahmiç Bosniya və Herseqovinanın üçüncü qolunu vurub.
***
Futbol üzrə dünya çempionatında Bosniya və Herseqovina - Qətər matçında növbəti qol vurulub.
Musavat.com xəbər verir ki, B qrupunun III turu çərçivəsində keçirilən qarşılaşmada Bosniya və Herseqovina millisi üstünlüyünü yenidən artırıb.
29-cu dəqiqədə Kerim Alaybegoviç hesabı açıb. 34-cü dəqiqədə Edin Ceko fərqi iki topa çatdırıb. Qətər millisi 42-ci dəqiqədə Həsən Əl-Haydosun qolu ilə hesab arasındakı fərqi azaldıb.
81-ci dəqiqədə isə Esmir Mahmiç fərqlənərək hesabı 3:1 edib.
***
Futbol üzrə dünya çempionatında Bosniya və Herseqovina ilə Qətər arasında keçirilən oyunda ilk hissə məhsuldar alınıb.
Musavat.com xəbər verir ki, B qrupunun III turu çərçivəsində baş tutan qarşılaşmada ilk 45 dəqiqədə üç qol qeydə alınıb.
Hesabı 29-cu dəqiqədə Kerim Alaybegoviç açıb və Bosniya və Herseqovinanı önə keçirib. Komanda 34-cü dəqiqədə fərqi artırıb. Təcrübəli hücumçu Edin Ceko rəqib qapısına yol taparaq hesabı 2:0 edib.
Qətər millisi isə 42-ci dəqiqədə fərqlənərək oyuna intriqa qaytarıb. Həsən Əl-Haydosun qolu ilə hesab 2:1 olub.
***
DÇ-2026-nın B qrupunda keçirilən Bosniya və Herseqovina - Qətər oyununda hesab Bosniya və Herseqovinanın xeyrinə 2:1-dir.
Musavat.com xəbər verir ki, qarşılaşmada Bosniya və Herseqovina oyuna nəzarət edən tərəf kimi görünür.
Avropa təmsilçisi topa 58 faiz sahib olub. Komanda rəqib qapısına 9 zərbə endirib, bunlardan 3-ü qapıya dəqiq olub. Qətər isə cəmi 3 zərbə vurub və yalnız 1 dəfə qapını hədəfə ala bilib.
Bosniya və Herseqovina həmçinin künc zərbələrində də üstündür - 4:1.
Komandalar hərəyə 6 qayda pozuntusuna yol versələr də, oyunda hələlik sarı və qırmızı vərəqə göstərilməyib.
***
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda ikinci qol vurulub.
Musavat.com xəbər verir ki, Sietl stadionunda keçirilən B qrupunun III tur matçında Avropa təmsilçisi hesabdakı üstünlüyünü artırıb - 2:0.
Əvvəlcə 29-cu dəqiqədə Kerim Alaybeqoviç Bosniya və Herseqovinanı önə keçirib.
34-cü dəqiqədə isə Qətər millisinin futbolçusu Sultan Əl-Brake topu öz qapısına göndərib.
Musavat.com
***
Bosniya və Herseqovina - Qətər oyunu başladı
Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda Bosniya və Herseqovina ilə Qətər yığmaları arasında oyun start götürüb.
Musavat.com xəbər verir ki, B qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Hər iki komanda qrup mərhələsini uğurlu nəticə ilə başa vurmaq üçün meydana çıxıb.
Oyunun nəticəsi və qrupdakı yekun vəziyyət qarşılaşmanın gedişində müəyyənləşəcək.
Musavat.com
25 Iyun 2026
24 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ