İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Braziliya Şotlandiyanı 3 cavabsız qolla məğlub etdi

Futbol üzrə dünya çempionatının C qrupunun III turunda Şotlandiya və Braziliya yığmaları üz-üzə gəlib.

Musavat.com xəbər verir ki, qarşılaşma Braziliya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Braziliya hesabı erkən açıb. Vinisius Junior 7-ci dəqiqədə fərqlənərək komandasını önə keçirib. İlk hissənin sonlarına yaxın Rodriqo hesab arasındakı fərqi artırıb.

İkinci hissədə isə Mateus Kunya 60-cı dəqiqədə rəqib qapısına yol taparaq yekun hesabı müəyyənləşdirib - 3:0.

Qeyd edək ki, uzunmüddətli zədədən sonra sağalan Neymar da bu oyunda meydana qayıdıb. Braziliyalı ulduz 75-ci dəqiqədə əvəzetmədən oyuna daxil olub.

***

Futbol üzrə dünya çempionatında Şotlandiya ilə Braziliya arasında keçirilən matçda növbəti qol vurulub.

Musavat.com xəbər verir ki, C qrupunun III turu çərçivəsində baş tutan qarşılaşmada Braziliya millisi üstünlüyünü daha da artırıb.

İlk hissədə Vinisius Junior və Rodriqonun qolları ilə 2:0 hesabı ilə önə keçən Braziliya ikinci hissədə də fərqlənib.

60-cı dəqiqədə Mateus Kunya rəqib qapısına yol taparaq hesabı 3:0-a çatdırıb.

***

Futbol üzrə dünya çempionatının C qrupunun III turunda Şotlandiya ilə Braziliya arasında keçirilən matçda ikinci hissəyə start verilib.

Musavat.com xəbər verir ki, ilk 45 dəqiqədən sonra Braziliya millisi 2:0 hesabı ilə öndədir.

İlk hissədə braziliyalılar topa sahib olmada cüzi üstünlük əldə edib (52 faizə qarşı 48 faiz). 

***

Futbol üzrə dünya çempionatında Şotlandiya ilə Braziliya arasında keçirilən oyunda hesab açılıb.

Musavat.com xəbər verir ki, C qrupunun III turu çərçivəsində baş tutan qarşılaşmada Braziliya millisi erkən qolla önə keçib.

Matçın 7-ci dəqiqəsində Vinisius Junior fərqlənərək hesabı 1:0 edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR