İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: İsveçrə Kanadanı məğlub etdi

Futbol üzrə dünya çempionatında B qrupunun III turunda İsveçrə və Kanada yığmaları üz-üzə gəlib.

Musavat.com xəbər verir ki, "BC Palace" stadionunda keçirilən qarşılaşma İsveçrə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İsveçrə yığmasının qollarını 46-cı dəqiqədə Ruben Varqas və 57-ci dəqiqədə Breel Embolo vurublar.

Kanadanın yeganə qoluna isə 76-cı dəqiqədə Conatan Devid imza atıb.

***

Futbol üzrə dünya çempionatında İsveçrə ilə Kanada arasında keçirilən oyunda daha bir qol qeydə alınıb.

Musavat.com xəbər verir ki, B qrupunun III turu çərçivəsində baş tutan qarşılaşmada Kanada millisi hesab arasındakı fərqi azaldıb.

İsveçrə yığması ikinci hissədə Ruben Varqasın 46-cı və Breel Embolonun 57-ci dəqiqədə vurduğu qollarla 2:0 hesabı ilə önə keçib.

Kanada millisi isə 76-cı dəqiqədə cavab qolunu vurub. Conatan Devid fərqlənərək hesabı 2:1-ə çatdırıb.

***

Futbol üzrə dünya çempionatında İsveçrə millisi Kanada ilə matçda üstünlüyünü artırıb.

Musavat.com xəbər verir ki, B qrupunun III turu çərçivəsində keçirilən görüşdə avropalılar ikinci qolu vurublar.

"BC Palace" stadionunda oynanılan qarşılaşmada Breel Embolo 57-ci dəqiqədə fərqlənərək hesabı 2:0-a çatdırıb.

Qeyd edək ki, İsveçrənin ilk qolunu 46-cı dəqiqədə Ruben Varqas vurmuşdu.

***

Futbol üzrə dünya çempionatının qrup mərhələsində gərginlik pik həddə çatıb. B qrupunun III turu çərçivəsində üz-üzə gələn İsveçrə və Kanada yığmalarının qarşılaşmasında ikinci hissə qolla başlayıb.

Musavat.com xəbər verir ki, "BC Place" stadionunda keçirilən və hər iki komanda üçün böyük əhəmiyyət kəsb edən matçda avropalılar hesabı açmağı bacarıblar — 1:0.

Fasilədən dərhal sonra hücum kəsərək rəqib müdafiəsini yaran İsveçrə millisi 46-cı dəqiqədə istəyinə nail olub. Ruben Varqas (Ruben Vargas) dəqiq zərbə ilə Kanada qapıçısını çarəsiz qoyaraq komandasını önə keçirib.

Hazırda oyunda İsveçrə yığmasının minimal üstünlüyü davam edir. Pley-off mərhələsinə vəsiqə qazanmaq baxımından bu qol qarşılaşmanın taleyini həll edə bilər.

***

DÇ-2026-nın B qrupunda keçirilən İsveçrə - Kanada oyununda hələlik hesab açılmayıb.

Musavat.com xəbər verir ki, qarşılaşmada hesab 0:0-dır.

İsveçrə topa daha çox sahib olur - 69 faiz. Buna baxmayaraq, Kanada zərbələrdə daha fəaldır. Kanada rəqib qapısına 5 zərbə endirib, bunlardan 3-ü qapıya dəqiq olub.

İsveçrə isə 4 zərbə vurub, 2-si qapıya gedib.

Oyunda hər iki komanda 1 sarı vərəqə alıb. Qırmızı vərəqə yoxdur.

23:00***

DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda İsveçrə və Kanada yığmaları arasında oyun start götürüb.

Musavat.com xəbər verir ki, B qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Hər iki komanda pley-off mərhələsinə vəsiqə uğrunda vacib matça çıxıb.

Qarşılaşmanın ilk dəqiqələri oynanılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2026

25 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR