İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”dan bu yayın 6-cı transferi - Renaldo Sefas

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.

Bu haqda klub açıqlama yayıb. Rusiyanın "Pari Nijni Novqorod" klubu ilə danışıqlar uğurla yekunlaşıb və yamaykalı Renaldo Sefas "Qarabağ"a transfer olunub.

Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər klubun formasını geyinəcək.

Yamaykada "Arnett Qardens"in formasını geyinmiş Renaldo Şimali Makedoniyada "Şkupi", Türkiyədə "Ankaragücü"də çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib.

2023-cü ildən Yamayka millisinin futbolçusu olan Sefas 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.

Qeyd edək ki, Renaldo Sefas yay transfer pəncərəsində komandanın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç "Qarabağ"a qoşulub.//Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR