İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Argentina oyuna qayıtdı - VİDEO

Musavat.com xəbər verir ki, DÇ-2026-nın 1/8 final mərhələsində Argentina ilə Misir arasında keçirilən gərgin qarşılaşma başa çatıb.

Oyunda hesabı Misir açsa da, daha sonra üstünlüyünü 2:0-a çatdırıb.

Buna baxmayaraq, Argentina təslim olmayıb. C. Romero, Lionel Messi və Enzo Fernández-in qolları sayəsində rəqibini 3:2 hesabı ilə məğlub edən Cənubi Amerika təmsilçisi 1/4 finala yüksəlib.

***

Musavat.com xəbər verir ki, DÇ-2026-nın Argentina – Misir qarşılaşmasında daha bir qol vurulub.

Matçın 90+3-cü dəqiqəsində Enzo Fernández fərqlənərək Argentinanı 3:2 hesabı ilə önə keçirib.

***

Musavat.com xəbər verir ki, DÇ-2026-da Argentina – Misir qarşılaşmasında daha bir qol vurulub.

Matçın 84-cü dəqiqəsində Lionel Messi fərqlənərək hesabı bərabərləşdirib – 2:2.

Messinin qolu ilə Argentina oyuna yenidən tarazlıq gətirib və qarşılaşmanın son dəqiqələrində gərginlik daha da artıb.

***

DÇ-2026: Argentina fərqi azaltdı - Romero fərqləndi

Musavat.com xəbər verir ki, DÇ-2026-da Argentina – Misir qarşılaşmasında növbəti qol vurulub.

Matçın 79-cu dəqiqəsində Argentina millisinin futbolçusu C. Romero fərqlənərək hesab arasındakı fərqi azaldıb. Hazırda hesab Argentina 1:2 Misirdir.

***

Musavat.com xəbər verir ki, DÇ-2026 oyununda Misir milli futbol komandası hesab fərqini artırıb.

Matçın 67-ci dəqiqəsində Misir millisinin futbolçusu M. Ziko fərqlənərək komandasının Argentinaya qarşı ikinci qolunu vurub — 0:2.

DÇ-2026: Misirin ikinci qolu ləğv olundu

Musavat.com xəbər verir ki, DÇ-2026-da Argentina – Misir qarşılaşmasında Misir millisinin vurduğu ikinci qol hesablanmayıb.

Matçın 58-ci dəqiqəsində M. Ziko topu qapıdan keçirsə də, hakim qolu etibarlı saymayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2026

07 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR