İnsanlara hürriyət, millətlərə istiqlal!

Davudoğlu oğlunu evləndirdi - Toya Ərdoğanı da DƏVƏT ETDİ, amma... - VİDEO

Türkiyənin sabiq baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun oğlu Mehmet Davudoğlunun nikah mərasimi İstanbuldakı Haliç Konqres Mərkəzində baş tutub.

Musavat.com xəbər verir ki, Əhməd Davudoğlunun xüsusi dəvət göndərdiyi Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak etməyib.

Buna baxmayaraq, toy siyasət dünyasının tanınmış simalarını bir araya gətirib.

Ərdoğanın toya qatılmaması xüsusilə diqqət çəkib. Çünki mərasim Davudoğlunun barəsində "Prezidenti təhqir etmə" ittihamı ilə başladılan məhkəmə istintaqı çərçivəsində ifadə verməsindən dərhal sonraya təsadüf edib. Siyasi gündəmi zəbt edən bu qalmaqallı istintaqın fonunda keçirilən nikah mərasimi media və ictimaiyyət tərəfindən yaxından izlənilib.

Prezidentin gəlmədiyi mərasimdə müxalifət və iqtidar düşərgəsindən bir çox ağır çəkili siyasətçi yer alıb. Qonaqlar arasında TBMM-in keçmiş sədri Bülent Arınç, keçmiş nazirlər İsmet Yılmaz və Hüseyin Çelik, Səadət Partiyasının sədri Mahmut Arıkan, DEVA Partiyasının sədri Ali Babacan, CHP-nin sədri Kamal Kılıçdaroğlu və Yeni Partiya sədri Özgür Özel kimi aparıcı fiqurlar olub.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR