İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarka Trampın Qrenlandiya iddiasını lağa qoydu: “İstəsək, bir neçə ABŞ ştatını ala bilərik”

Danimarka parlamentinin müdafiə komitəsinin sədri Rasmus Yarlov ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddialarına istehzalı cavab verib.

Musavat.com-un məlumatına görə, o bildirib ki, son dövrlər Danimarkanın iqtisadi göstəriciləri “kifayət qədər yaxşıdır”, halbuki ABŞ böyük borc yükü ilə üz-üzədir.

Yarlov X-də yazdığı şərhdə əlavə edib ki, Nyu-Hempşiri həmişə bəyəndiyini bildirib və hətta Havay adalarının “alınması” ilə maraqlandığını zarafatla dilə gətirib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl ABŞ-ın milli təhlükəsizliyini əsas gətirərək Qrenlandiyanın satın alınmasının mümkünlüyü barədə açıqlamalar vermişdi. Bu bəyanatlardan sonra Kopenhagen məsələ ilə bağlı izahat almaq üçün ABŞ-ın Danimarkadakı səfirini Xarici İşlər Nazirliyinə çağırmışdı.

 

Musavat.com

9a4a4bf2-cb90-4418-af13-e21632132feb.jpg (91 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR