İnsanlara hürriyət, millətlərə istiqlal!

"Daha 17" heyəti ilə market işçiləri dalaşdı - VİDEO

Bodrumda market əməkdaşları ilə "Daha 17" serialının çəkiliş heyəti arasında dava baş verib.

Musavat.com xəbər verir ki, hadisə zamanı tərəflər arasında yaranan mübahisə qısa zamanda kütləvi davaya çevrilib.

Münaqişə nəticəsində bir nəfər bıçaqla boğaz nahiyəsindən yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.

Polis insidentlə bağlı araşdırmalara başlayıb. Hadisə ilə əlaqədar 6 nəfər saxlanılıb. Davanın başvermə səbəbi və digər təfərrüatlar araşdırılır.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR