Onlayn ictimai-siyasi qəzet
Cənub-Şərqi Asiyada formalaşan yeni ticarət zənciri diqqət çəkir.
Musavat.com xəbər verir ki, Bloomberg nəşrinin məlumatına görə, Rusiya pilotsuz uçuş aparatlarını birbaşa deyil, dolayı marşrutla — Tailand üzərindən əldə edir.
2025-ci ilin ilk 11 ayında Rusiya Tailanddan 125 milyon dollarlıq dron idxal edib. Bu, Tailandın bütün PUA ixracının 88 faizini təşkil edir və 2024-cü illə müqayisədə həcm 8 dəfə artıb.
Paralel olaraq Çin həmin dövrdə Tailand bazarına 186 milyon dollarlıq dron göndərib. Maraqlıdır ki, Bangkok digər ölkələrdən demək olar ki, pilotsuz aparat almır. Halbuki 2022-ci ildə Tailandın dron idxalı 1 milyon dollardan az idi və onların heç biri Rusiyaya getmirdi.
Beləliklə, yeni logistika modeli formalaşır: Çin → Tailand → Rusiya
Analitiklər bunu sanksiyalardan yayınmaq üçün qurulan paralel texnoloji təchizat kanalı kimi qiymətləndirir. Bu marşrutun Ukrayna müharibəsində istifadə olunan kəşfiyyat və zərbə PUA-larının təminatında mühüm rol oynaya biləcəyi bildirilir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ