Onlayn ictimai-siyasi qəzet
Çin Xarici İşlər Nazirliyi Tayvana silah satışına görə 10 şəxsə və 20 ABŞ müdafiə şirkətinə qarşı sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumatı "Reuters" agentliyi yayıb.
Bildirilir ki, sanksiyalar xüsusilə Boeing-in Sent-Luis filialını, Northrop Grumman Systems Corporation və L3Harris Maritime Services şirkətlərini hədəf alır.
Sanksiyalara Çindəki şirkətlər və fərdlər tərəfindən saxlanılan bütün aktivlərin dondurulması, eləcə də yerli təşkilatların və fərdlərin onlarla iş görməsinin qadağan edilməsi daxildir.
Çin Xarici İşlər Nazirliyi əlavə edib ki, sanksiya siyahısındakı şəxslərin ölkəyə girişi də qadağandır:
"Tayvan məsələsi Çinin əsas maraqlarının təməlidir və Çin-Amerika münasibətlərində keçməməli olan ilk qırmızı xəttdir. Tayvan məsələsində xətti keçən hər hansı bir təxribatçı hərəkət Çin tərəfindən qətiyyətli cavabla qarşılanacaq".
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Tayvana rekord həcmdə - 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ