Onlayn ictimai-siyasi qəzet
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yeddinci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfərə gəlmiş Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirlər ölkələrimizin liderləri arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı etimadın və dostluğun münasibətlərimizin daha da inkişaf etdirilməsində əsas hərəkətverici qüvvə olduğunu vurğulayıblar.
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə müstəsna imkanlar yaratdığı diqqətə çatdırılıb. 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verdiyi qeyd olunub. Eyni zamanda 2027-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı vurğulanaraq, bu yubileyin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyi bildirilib.
Görüş zamanı ticarət, nəqliyyat, investisiya, yaşıl enerji, rəqəmsal transformasiya, maşınqayırma, sənaye, kənd təsərrüfatı, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib.
Azərbaycan ilə Çin arasında iqtisadi və ticarət əlaqələrinin dinamik şəkildə inkişaf etdiyi qeyd olunub. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 5 milyard ABŞ dolları təşkil etdiyi, Azərbaycanda Çinin 567 şirkətinin qeydiyyatdan keçdiyi bildirilib. Azərbaycan–Çin ticarət və iqtisadi əməkdaşlığının əsas institusional mexanizmi okan Hökumətlərarası Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın əhəmiyyəti vurğulanıb.
Görüşdə Orta Dəhlizin inkişafı çərçivəsində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyəti xüsusi qeyd olunub. Azərbaycanın Çin Xalq Respublikasının irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü Avrasiya məkanında nəqliyyat bağlantılarının gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma kimi dəstəklədiyi xatırlanıb. Ötən ilin iyul ayında qüvvəyə minmiş viza tələbinin qarşılıqlı aradan qaldırılmasına dair sazişin turizm, biznes və insanlar arasında təmasların artmasına verdiyi müsbət töhfə diqqətə çatdırılıb.
Beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunaraq, BMT, AQEM, Şanxanşy Əməkdaşlıq Təşkilatı, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP), COP və digər platformalarda birgə fəaliyyət nəzərdən keçirilib. Azərbaycanın Qlobal Cənubun fəal və məsuliyyətli iştirakçısı kimi beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, çoxtərəfli diplomatiyanın təşviqinə, inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsinə və qlobal çağırışların həllində həmrəyliyin möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, habelə Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə həmkarına məlumat verib.
Sonda qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda işgüzar səfərdə olan Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yin ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə nazirlər yüksək səviyyəli dialoqun, qarşılıqlı etimadın və xalqlar arasında dostluğun ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıblar.
Tərəflər 2025-ci ildə qurulmuş hərtərəfli strateji tərəfdaşlığın sürətlə inkişaf etməsini yüksək qiymətləndiriblər. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı əldə olunan mühüm razılaşmaların əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı bildirilib. Qeyd olunub ki, 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd ediləcək.
Nazirlər ticarət-iqtisadi əlaqələr, investisiyalar, energetika, nəqliyyat, logistika və bağlantılar sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycanın Asiya ilə Avropa arasında mühüm əlaqələndirici həlqə kimi rolu və Orta Dəhlizin regional və regionlararası bağlantıların gücləndirilməsində artan əhəmiyyəti xüsusi vurğulanıb.
Tərəflər BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək göstərmək əzmini bir daha təsdiqləyiblər.
Görüşdə, həmçinin regional təhlükəsizlik vəziyyəti və son hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Mövcud çağırışların aradan qaldırılmasında davamlı dialoqun, diplomatik təmasların və çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Ceyhun Bayramov həmkarına Ermənistanla sülh prosesi, eləcə də Azərbaycanın münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri barədə məlumat verib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun işgüzar səfərlə Bakıya gələn Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yin ilə görüşü başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ