Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda ikitərəfli görüş keçirməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, görüşlə bağlı hələlik yekun razılıq əldə olunmayıb.
A.Mirzoyan bildirib ki, təmasların baş tutması tərəflərin iş qrafikindən asılı olacaq:
"Biz BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırıq. Hələlik yekun razılaşma yoxdur, hər şey qrafiklərdən asılı olacaq", - deyə Ermənistan XİN rəhbəri danışıqların gündəliyi barədə təfərrüat vermədən qeyd edib.
BMT Baş Assambleyasının sessiyası təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında işə başlayıb. Sessiya çərçivəsində təşkil olunacaq yüksəksəviyyəli həftə ərzində dövlət və hökumət başçılarının, həmçinin nümayəndə heyətlərinin çıxışları nəzərdə tutulur.
Musavat.com
15 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ