Onlayn ictimai-siyasi qəzet
İran ilə ABŞ arasında Cenevrədə keçirilən nüvə danışıqlarının üçüncü mərhələsi ilə eyni vaxtda İran nümayəndə heyətinin üzvünə qarşı hüquqi addım atılıb.
Musavat.com xəbər verir ki, məlumata görə, İran xarici işlər nazirinin müavini və danışıqlar heyətinin üzvü Kazem Gharibabadi barəsində İsveçrədə cinayət işi üzrə şikayət təqdim olunub. Şikayət iki fransız hüquqşünas tərəfindən verilib və onlar diplomatın dərhal həbs edilməsini tələb ediblər.
İsveçrə prokurorluğu müraciətin daxil olduğunu təsdiqləyib. Lakin hələlik istintaqın başlanıb-başlanmaması və ya hər hansı hüquqi qərarın verilməsi barədə rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, diplomatik status məsələsi mümkün hüquqi prosedurlara təsir göstərə bilər. Hadisə ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ