İnsanlara hürriyət, millətlərə istiqlal!

Cenevrədə ABŞ-nin İrana irəli sürdüyü şərtlər açıqlandı

The Wall Street Journal (WSJ) Cenevrədə keçirilən danışıqlarda ABŞ-nin İrana təqdim etdiyi tələbləri dərc edib.

Musavat.com xəbər verir ki, məlumatda Vaşinqtonun Tehran qarşısında bir neçə əsas şərt irəli sürdüyü bildirilir.

ABŞ tərəfi İranın üç əsas nüvə obyektinin – Fordo, Nətənz və İsfahan nüvə mərkəzlərinin tamamilə məhv edilməsini tələb edir.

Bundan əlavə, bütün yığılmış zənginləşdirilmiş uranın ABŞ-yə köçürülməsi, yeni müqavilənin müddətinin qeyri-məhdud olması və Tehran Tədqiqat Reaktoru istisna olmaqla İranda uran zənginləşdirilməsinin tamamilə dayandırılması şərtlər arasında yer alır.

Məlumata görə, ilkin mərhələdə sanksiyaların minimal şəkildə yumşaldılması nəzərdə tutulur. Məhdudiyyətlərin tam aradan qaldırılması isə yalnız İranın şərtlərə uzunmüddətli riayət etməsindən asılı olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR