İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceki Çan Azərbaycandakı çəkiliş zamanı zədələndi

Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınır.

Musavat.com xəbər verir ki, ekran işinin çəkilişləri zamanı kaskadyor səhnələrindən birində məşhur aktyorun qolu zədələnib.

Hadisə zamanı lentə alınan görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda 72 yaşlı aktyorun qolunu tutaraq ağrı hiss etdiyi görünür. Görüntülər Ceki Çanın pərəstişkarları arasında narahatlıq yaradıb.

Paylaşımın şərh bölməsində aktyorun fanatları ona tezliklə sağalması ilə bağlı xoş arzularını çatdırıblar.

Qeyd edək ki, “Tanrının zirehi” franşizasının yeni filmində Ceki Çan yenidən baş rolda çıxış edir. Ekran işinin Azərbaycanda çəkilən səhnələri də böyük maraqla gözlənilir.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR