İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yollar bağlanır - Sürücülərə vacib xəbərdarlıq

Bakının iki rayonunda yolların təmiri ilə əlaqədar hərəkət qismən və ya tam məhdudlaşdırıla bilər.

Bu barədə Musavat.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sentyabrın 22-də saat 09:00-dan etibarən Qaradağ rayonunda Səməndər İsmayılzadə küçəsinin (Xocəsən–Lökbatan avtomobil yolu) Meyvəli dairəsindən Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə kəsişməyə qədər olan hissəsində təmir işlərinə başlanılacaq. 

Həmçinin Binəqədi rayonunda Əcəmi Naxçıvani küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

AAYDA-nın məlumatına görə, hərəkətin məhdudlaşdırılması təmir işlərinin mərhələlərindən asılı olaraq qismən və ya tam şəkildə tətbiq edilə bilər.

Sürücülərdən yollarda diqqətli olmaları, yol nişanlarının tələblərinə riayət etmələri və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR