İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərin maaşı artdı

2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 1103,8 manat təşkil edib.

Bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 4064,7 manat, qeyri neft-qaz sektorunda 1050,1 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1073,2 manat, özəl müəssisələrdə isə 1133,5 manat olub. (Bizimmedia.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR