İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu MMC-nin “Referans Medical Group” ilə əlaqəsi yoxdur

Bəzi media subyektlərində “Referans Pharmaceuticals”ın dövlət qurumları ilə dərman biznesi – araşdırma” başlıqlı yazılar yayılıb.

Musavat.com xəbər verir ki, aparılan araşdırma zamanı həmin materiallarda adı çəkilən “Referans Pharmaceuticals” MMC ilə “Referans Medical Group” klinikalar şəbəkəsi arasında hər hansı hüquqi, institusional və ya idarəetmə baxımından əlaqənin olmadığı müəyyən edilib.

Məlumata görə, sözügedən qurumlar bir-birindən tam müstəqil hüquqi şəxslərdir və ayrı-ayrı fəaliyyət göstərirlər.

İki qurumun təsisçilik strukturu, idarəetmə mexanizmi və maliyyə fəaliyyəti üst-üstə düşmür. Onların dövlət qurumları ilə münasibətləri və biznes əlaqələri də ayrıca formalaşır və bir-biri ilə əlaqələndirilmir.

Araşdırma nəticələri göstərir ki, yayılan iddialar rəsmi və hüquqi məlumatlarla təsdiqlənmir və “Referans Pharmaceuticals” MMC ilə “Referans Medical Group” arasında əlaqə mövcud deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR