İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu mənzilin puluna 11 ildən çox Maldivdə dincəlmək olar – Maraqlı hesab

Rusiyada mənzil qiymətləri ilə istirahət xərcləri arasında maraqlı müqayisə aparılıb.

Musavat.com xəbər verir ki, hesablamalar göstərib ki, Moskvada elit rezidensiyanın qiymətinə Maldiv adalarında 11 ildən çox hər həftə istirahət etmək mümkündür.

Moskvada orta qiyməti 271 milyon rubl (təxminən 5 milyon 466 min manat) olan elit rezidensiyanın alınmasına xərclənən məbləğ Maldiv adalarına 590 həftəlik səfərin ümumi xərcinə bərabərdir.

Moskvanın kütləvi seqmentində yeni tikilidə orta hesabla 20,5 milyon rubl (təxminən 413 min 485 manat) dəyərində mənzil almaq üçün tələb olunan məbləğ isə Türkiyədə 88 dəfə istirahət etməyə kifayət edir.

“Qədim Moskva” ərazisində mənzilin orta qiyməti 28,8 milyon rubl (təxminən 580 min 896 manat) təşkil edir. Bu məbləğ orta çeki 205,6 min rubl (təxminən 4 min 147 manat) olan təxminən 140 istirahət səfərinə bərabərdir.

Sankt-Peterburqda yeni tikilidə orta hesabla 12,5 milyon rubl (təxminən 252 min 125 manat) dəyərində mənzil 61 səfərin, Rusiya üzrə orta hesabla 10,8 milyon rublluq (təxminən 217 min 836 manat) mənzil isə 53 səfərin xərcinə uyğun gəlir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR