İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

Bu barədə Musavat.com-a səhmdar cəmiyyətindən bildirilib.

Belə ki, 10 mart tarixndə hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.

Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR