İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycanda rəsmi təqvimlə müəyyən edilmiş bayram günləri ilə əlaqədar olaraq bu həftə iş qrafikində mühüm dəyişiklik baş verəcək. Belə ki, ölkə ərazisində fəaliyyət göstərən dövlət və özəl sektor müəssisələrində çalışanlar üçün həftəlik iş günlərinin sayı azaldılaraq cəmi 4 gün təşkil edəcək.

Musavat.com xəbər verir ki, buna əsas səbəb 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününün builki təqvimdə məhz cümə gününə təsadüf etməsidir. Əmək Məcəlləsinə əsasən, Silahlı Qüvvələr Günü rəsmi qeyri-iş günü hesab edildiyi üçün həmin tarixdə ölkə üzrə iş elan olunmayacaq. Bayram gününün dərhal ardınca gələn 27 və 28 iyun tarixləri isə şənbə və bazar günlərinə – yəni həftəlik rəsmi istirahət günlərinə təsadüf edir.

Beləliklə, beşgünlük iş həftəsi ilə çalışan vətəndaşlar iyunun 26, 27 və 28 tarixlərini əhatə etməklə ardıcıl 3 gün müddətinə qeyri-iş gününün dadını çıxara biləcəklər. İyunun 25-i, yəni cümə axşamı günü isə qanunvericiliyə uyğun olaraq bayramqabağı gün hesab edildiyindən, iş saatlarının bir saat qısaldılması gözlənilir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR