Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfində aparılan təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinlik və diskomfor yaranacaq.
Musavat.com xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, bu hal nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.
“Avqustun 11-də isə sözügedən marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərəcək”, - deyə məlumatda qeyd edilib.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ