İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya hakimiyyəti ABŞ-ın ölkədə prezident seçkilərinə müdaxiləsinə hazırlaşır

Braziliya rəhbərliyi 2026-cı il prezident seçkilərində ABŞ-ın mümkün müdaxiləsinə qarşı mübarizə yollarını araşdırır.

Musavat.com xəbər verir ki, məlumatı "Folha de S.Paulo" qəzeti Braziliyada hökumət mənbələrinə istinadən yayıb.

Mənbələrə görə, prezident Luis İnasio Lula da Silvaya yaxın olanlar Ağ Evin keçmiş lider Jair Bolsonaroya (2019-2022) ideoloji cəhətdən yaxın olan sağçı müxalifət namizədini açıq şəkildə dəstəkləyə biləcəyini düşünürlər. Braziliya həmçinin ABŞ administrasiyasının sağçı namizədə mühafizəkar seçiciləri səfərbər etməyə kömək etməyə çalışacağından qorxur.

Mənbələr əlavə ediblər ki, ölkə rəhbərliyinin bu il Vaşinqtonla ticarət və iqtisadi məsələlərdə praqmatik dialoq qurmaq cəhdlərinə baxmayaraq, Braziliya rəsmiləri qarışıqlıq dövrünə hazırlaşırlar.

Qeyd edək ki, Braziliyadakı prezident seçkiləri 2026-cı ilin oktyabrında keçiriləcək. Hazırkı prezident, 80 yaşlı Lula da Silva artıq İşçi Partiyasının namizədi kimi daha bir müddətə namizədliyini açıqlayıb. Sağçı müxalifət sentyabr ayında 27 ildən çox həbs cəzasına məhkum edilmiş Bolsonaronun yerinə vahid namizəd axtarmağa davam edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR