İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşanmaq üçün buna məcbur edilirlər - YENİ QƏRAR

Rusiyada ailə münasibətləri ilə bağlı qanunvericiliyə dəyişiklik müzakirə olunur. Təklifə əsasən, boşanmaq istəyən ər-arvadlar məhkəməyə müraciət etməzdən əvvəl mütləq şəkildə mediatorla görüşməli olacaqlar. Bu tələbin xüsusilə azyaşlı uşaqların iştirak etdiyi ailələrə şamil ediləcəyi vurğulanır.

Musavat.com xəbər verir ki, məlumata görə, yeni mexanizm çərçivəsində mediasiya məhkəməyə qədər mübahisələrin tənzimlənməsi mərhələsinin bir hissəsinə çevriləcək. Bununla yanaşı, ölkədə vahid mediatorlar reyestri yaradılacaq və mediasiya sahəsinə nəzarət edəcək səlahiyyətli federal icra orqanı müəyyən ediləcək.

Qeyd edək ki, Rusiyada 2011-ci ildən etibarən mediasiya haqqında qanun qüvvədədir. Mövcud qanunvericiliyə əsasən, mediatorun xidmətindən mülki, inzibati, əmək, iqtisadi və ailə mübahisələrinin həlli üçün istifadə etmək mümkündür. Lakin hazırda bu prosedur tamamilə könüllüdür və mediasiya xərcləri tərəflər tərəfindən ödənilir.

Yeni təşəbbüsün əsas məqsədi boşanmaların sayını azaltmaq, ailə mübahisələrinin daha yumşaq və razılaşdırılmış şəkildə həllinə nail olmaq, xüsusilə də uşaqların psixoloji maraqlarını qorumaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR