Onlayn ictimai-siyasi qəzet
Türkiyənin yeni serialı “Sevdan Bir Ateş” ilk bölümü ilə həm ekran qarşısında, həm də sosial mediada böyük marağa səbəb olub. Serialın yayımlandığı gecə sosial şəbəkələrdə geniş müzakirələr aparılıb, layihənin adı və baş rollarda çəkilən aktyorlar trend mövzular sırasına yüksəlib.
Musavat.com xəbər verir ki, serialın ilk bölümünün final səhnəsi isə xüsusilə diqqət çəkib.
Emosional qarşılaşma zamanı Azərbaycanın məşhur “Ayrılıq” mahnısının səsləndirilməsi tamaşaçıların diqqətindən yayınmayıb.
Azərbaycan musiqisinin Türkiyədə yayımlanan məşhur seriallardan birində səslənməsi sosial mediada da müzakirələrə yol açıb. Xüsusilə mahnının səhnənin dramatik atmosferinə uyğun seçilməsi izləyicilərin diqqətini çəkib.
“Sevdan Bir Ateş”in ilk bölümü sosial media göstəriciləri ilə də diqqət çəkib. “Show TV”nin açıqladığı rəqəmlərə əsasən, serial ilk bölümündən sonra 50 milyondan çox ümumi görüntülənmə, “Instagram”da isə 41,9 milyon çatım əldə edib. Məzmunla qarşılıqlı əlaqələrin sayı da 822 mini ötüb.
Serialın baş rollarında Murat Ünalmış və Özge Özacar çəkilir. İlk bölümdə baş verən hadisələr, obrazların keçmişi və xüsusilə final səhnəsindəki emosional qarşılaşma sosial mediada izləyicilərin əsas müzakirə mövzularından birinə çevrilib.
“Ayrılıq” Azərbaycan musiqisinin ən tanınmış nümunələrindən biridir. Mahnının “Sevdan Bir Ateş” kimi geniş auditoriyaya hesablanmış Türkiyə serialında səsləndirilməsi Azərbaycan tamaşaçıları üçün də xüsusi maraq doğurub.
Serialın ilk bölümünün yaratdığı sosial media dalğası göstərir ki, layihə yalnız televiziya izləyicilərinin deyil, internet istifadəçilərinin də diqqətini cəlb etməyi bacarıb.
Könül
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ