İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzin ucuzlaşdı: qiymətlər son 5 ilin minimumuna düşdü

ABŞ-də avtomobil yanacağı bazarında ciddi ucuzlaşma müşahidə olunur.

Musavat.com xəbər verir ki, ölkə üzrə benzinin orta pərakəndə satış qiyməti 1 gallon üçün 2,81 dollar səviyyəsinə enib ki, bu da son beş ilin ən aşağı göstəricisi hesab olunur.

Qeyd edək ki, ABŞ-da yanacaq gallonla satılır. Hesablamaya görə, 1 ABŞ gallonu 3,785 litr təşkil edir. Bu isə o deməkdir ki, hazırkı qiymətlərlə ABŞ-da benzinin 1 litri təxminən 0,74 dollara başa gəlir.

Məlumatlara əsasən, benzin qiymətləri son bir ayda təxminən 16 sent, ötən ilin eyni dövrü ilə müqayisədə isə 25 sentə yaxın ucuzlaşıb. Analitiklər bu enişi bir neçə əsas amillə izah edirlər.

Başlıca səbəblər sırasında dünya bazarlarında xam neftin ucuzlaşması, ABŞ-da yanacaq ehtiyatlarının stabil qalması, eləcə də qış mövsümü ilə əlaqədar tələbatın azalması göstərilir. Bundan əlavə, enerji bazarında geosiyasi gərginliyin nisbətən zəifləməsi də qiymətlərə aşağı istiqamətli təsir edən faktorlar sırasındadır.

Mütəxəssislərin proqnozlarına görə, mövcud dinamika yaxın həftələrdə də davam edə bilər. Bu isə gündəlik avtomobildən istifadə edən milyonlarla amerikalı üçün yanacaq xərclərinin azalması və ailə büdcəsinə real rahatlıq deməkdir.

Benzin qiymətlərinin bu səviyyəyə enməsi eyni zamanda ABŞ-da inflyasiya ilə mübarizə aparan administrasiya üçün də mühüm iqtisadi göstərici kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR