İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin yerişini lağa qoydular– Video

36-cı NATO Liderlər Zirvəsində iştirak etmək üçün Ankaraya səfər edən Yunanıstanın Baş naziri Kiryakos Miçotakis yerişi ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Miçotakis zirvənin ikinci günü keçirilən iclasa gedərkən sərgilədiyi qeyri-adi yerişlə həm media nümayəndələrinin, həm də sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.

Yayılan görüntülərdə Yunanıstanın Baş nazirinin bir çiynini aşağı salaraq yeriməsi geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə bu görüntülərlə bağlı çoxsaylı paylaşımlar edilib, istehzalı şərhlər yazılıb.

İstifadəçilərin bir qismi Miçotakisin yerişini məşhur türk aktyoru Kamal Sunalın "Sahte Kabadayı" filmində canlandırdığı obrazına bənzədib. Paylaşılan videolar qısa müddətdə geniş yayılıb və müxtəlif yumoristik rəylərlə müşayiət olunub.

Xatırladaq ki, Miçotakis zirvənin ilk günü Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən "Mehtər" marşı ilə qarşılanmışdı. Bu mərasim Yunanıstan mediasında da geniş rezonans doğurmuşdu.

Yunan jurnalistləri Ankara səfərini sərt tənqid edərək, "Bu, beynəlxalq miqyasda ölkənin alçaldılması və boyun əydirilmiş Miçotakis görüntüsüdür. Onu yunanlara qarşı qələbəni simvolizə edən hərbi marşla qarşıladılar", - fikrini səsləndirmişdilər.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR