İnsanlara hürriyət, millətlərə istiqlal!

"Barselona" Kərim Adeyemini transfer etdi

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Musavat.com xəbər verir ki, Kataloniya təmsilçisi Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Kərim Adeyemi ilə müqavilə imzaladığını rəsmən elan edib.

Klubun yaydığı məlumata əsasən, almaniyalı futbolçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq sözləşmə bağlanıb.

Kərim Adeyemi son dörd mövsümdə "Borussiya"nın şərəfini qoruyub. O, bu müddətdə Bundesliqa və UEFA Çempionlar Liqasında ümumilikdə 48 qarşılaşmada forma geyinib.

Qeyd edək ki, hücumçu ötən mövsüm UEFA Çempionlar Liqasında "Barselona"ya qarşı keçirilən hər iki görüşdə meydanda olub. O, yay fasiləsinin ardından yeni komandası ilə mövsümöncəsi hazırlıq prosesinə qoşulacaq.\\milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2026

23 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR