İnsanlara hürriyət, millətlərə istiqlal!

Balkanlardan və Yaxın Şərqdən ŞOK XƏBƏR: Səudiyyə Ərəbistanı İsraildən TƏCİLİ KÖMƏK İSTƏDİ

Yəməndə hüsilərin sürətli irəliləyişi və strateji əraziləri ələ keçirməsindən sonra Səudiyyə Ərəbistanı İsraildən hərbi və kəşfiyyat köməyi istəyib.

Musavat.com xəbər verir ki, "Israel Hayom" nəşrinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) vasitəsilə Təl-Əvivə Bab əl-Məndəb boğazındakı kritik vəziyyətlə bağlı təcili müraciət ünvanlayıb.

Ər-Riyad İranın dəstəklədiyi hüsilərin Yəmənin qərb sahillərində mövqelərini möhkəmləndirməsindən və Qırmızı dənizdə dəniz ticarətinin tamamilə blokadaya düşməsindən böyük narahatlıq keçirir. Hüsilərin Bab əl-Məndəb boğazına nəzarəti ələ alması regionda enerji təhlükəsizliyini pik həddə çatdırıb.

Vəziyyəti daha da gərginləşdirən hadisə Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin verdiyi açıqlama olub. Məlumata görə, kütləvi dron hücumlarından sonra krallığın gündəlik 7 milyon barel ötürmə gücünə malik "Şərq-Qərb" əsas neft kəmərinin fəaliyyəti tamamilə dayandırılıb. Hürmüz boğazının qapanmasından sonra Səudiyyə Ərəbistanı neft ixracının əsas hissəsini məhz bu kəmərlə Qırmızı dənizdəki Yanbu limanına yönəltmişdi.

Eyni zamanda, Yəmən hüsilərinin rəsmi nümayəndəsi general Yəhya Səri Səudiyyə Ərəbistanının cənubunda yerləşən Şarura hərbi bazasına genişmiqyaslı zərbələr endirdiklərini bəyan edib. Hücumun çoxsaylı ballistik raketlər və PUA-larla həyata keçirildiyini bildirən hüsi rəsmisi, hərbi əməliyyatlar dayandırılmayacağı təqdirdə krallığın dərinliklərinə yeni və daha dağıdıcı zərbələr endirəcəkləri ilə hələ də hədələyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR