İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bu ərazisində su kəsildi: Sakinlər məlumatsız qalıb

Bakının Sabunçu rayonunda su təchizatında yaranan fasilə sakinlərin narazılığına səbəb olub.

Musavat.com-un məlumatına görə, Yeni Balaxanı qəsəbəsində suyun verilişi bu gün səhər saatlarından etibarən qəfildən dayandırılıb.

Sakinlər bildirirlər ki, suyun kəsiləcəyi barədə onlara öncədən heç bir xəbərdarlıq edilməyib, həmçinin yaranan məhdudiyyətin səbəbi ilə bağlı rəsmi qurumlardan hər hansı izahat verilməyib.

Məsələ ilə bağlı əldə edilən ilkin məlumata görə, suyun kəsilməsinə səbəb ərazidəki magistral xətlərdən birində baş vermiş qəzadır.

Hazırda ərazidə təmir-bərpa işlərinin aparıldığı bildirilsə də, suyun verilişinin dəqiq nə vaxt bərpa olunacağı barədə konkret vaxt açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR