Onlayn ictimai-siyasi qəzet
“35 illik qarşıdurmanın yaratdığı emosional fonu aradan qaldırmaq üçün hələ çox iş görülməlidir”.
Musavat.com xəbər verir ki, bu sözlər jurnalistlərlə görüşdə Ermənistan vətəndaş cəmiyyəti nümayəndəsi Areq Koçinyan tərəfindən səslənib.
“Əgər biz keçmişə qayıdıb, kim nə deyib, nə edib, kim necə davranıb, bunları saymağa başlasaq, bu, heç bir yerə aparmayacaq. Bu məsələdə azərbaycanlı tərəfdaşlarımızla müəyyən qarşılıqlı anlayış var”, - deyə o vurğulayıb.
Koçinyanın sözlərinə görə, bəzi siyasi dairələr cəmiyyətdəki qəzəb, məyusluq və qorxu hisslərindən siyasi məqsədlər üçün sui-istifadə etməyə çalışırlar və bu, “çox iyrənc haldır”.
O sərt şəkildə bildirib:
“Ermənistan siyasi meydanında azərbaycanlı-erməni və türk-erməni münasibətlərinin tənzimlənməsinə qarşı çıxan hər kəs ya xarici agentdir, ya nankordur, ya da nə danışdığını başa düşməyən apolitik sarsaqdır”.
Areq Koçinyan 21–22 noyabrda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində dörd nümayəndə ilə birlikdə Azərbaycana səfər edib.
Musavat.com
13 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ