Onlayn ictimai-siyasi qəzet
Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Mülayim şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21°, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60% olacaq.
Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21°, gündüz 27-32° isti, dağlıq ərazilərdə gecə 10-15°, gündüz 19-24° isti olacaq.
25 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ